27 QHT-nin müraciəti araşdırılıb - QHT Şurasında Apellyasiya Komissiyasının iclası keçirilib (FOTO)

img

06-04-2017 [19:08]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının iclası keçirilib. 

QHT Şurasından Mia.az-a verilən məlumata görə, şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2017-cı il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 27 QHT-nin müraciətinə baxılıb.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.

Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apellyasiya Komissiyasına müraciət edən 17 QHT-nin layihəsi ilə bağlı Şuranın qərarı məqbul hesab olunub. Komissiya Şuraya 9 QHT-nin layihəsinə yenidən baxılmasını tövsiyyə edib. 

Qeyd edək ki, iclasda media qurumlarının nümayəndələri də iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA