06-04-2017 [17:39]
Azərbaycanın Müdafiə Nazirliyi aprel qələbəsinin ildönümü ilə bağlı videsujet hazırlayıb. Kadrlarda aprel döyüşlərinin qəhrəmanlarının fikirləri yer alıb.
General-mayor Mayis Bərxudarov Lələtəpənin işğaldan azad edilməsi əməliyyatının detallarını açıqlayıb: "Azərbaycan ordusunun mövqelərinə hücuma keçmək istəyən düşmənin kəşfiyyat-diversiya qrupları neytral mövqedə məhv olunub. Bundan sonra biz Lələtəpə istiqamətində əks hücuma başladıq. Öncə həmin döyüş mövqeyində yerləşən bölmələr qrup halında düşmən tərəfə irəliləyərək onlara güclü atəş zərbəsi endirdi”.
General-mayor bildirib ki, biz həmin vaxt düşmənin özünün minlardan təmizlədiyi cığırlardan istifadə etdik:
"Lələtəpə yüksəkliyi qısa müddətdə düşməndən azad olunub. Döyüş təqribən 40 dəqiqə davam etdi və ermənilərin mövqelərini tam ələ keçirdik. Düşmən bir atəş də aça bilmədi, çünki səngərdə olanların hamısını məhv etmişdik. Onların artilleriya silahlarını tam sıradan çıxartmışdıq, düşmən bizə gülllə ata bilmirdi. Düşmən elə bir hazırlıqlı ordu ilə rastlaşdı ki, qaçmaqdan başqa əlacı qalmadı. Azərbaycan ordusunun kəşfiyyatçıları, döyüş qrupları Lələ təpə yüksəkliyini işğaldan azad edəndən sonra düşmən qaçmağa başladı. Düşmənin bir neçə hərbi qulluqçusu, hətta zabitləri bizə yalvarırdılar ki, onları öldürməyək. Erməni zabitləri deyirdilər ki, bizi öldürməyin, təslim oluruq və geri çəkilirik”.
General-mayor Hikmət Həsənov isə bildirib ki, ötən il martın sonunda təmas xəttində yaranmış vəziyyəti dəyərləndirən müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə xəttinə sonuncu səfəri zamanı qoşunların düşmənlə aktiv müdafiədən, daha kəskin zərbələrin vurulması mövqeyinə gətirilməsi üçün lazım olan tədbirlərin görülməsi və adekvat addımların atılması ilə bağlı göstəriş verib.
Generalın sözlərinə görə, aprelin 1-dən 2-nə keçən gecə düşmənin kəşfiyyat-diversiya qrupları Talış, Tapqaraqoyunlu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinə əvvəlcə minaatanlardan zərbə endirib, bunda sonra isə düşmənin kəşviyyat-diveriya qrupları hücuma keçməyə cəhd göstərib:
"Şəraiti qiymətləndirdikdən sonra həmin zolaqda yerləşən briqadanın ehtiyat qüvvələri və hərbi birləşmənin tank taborunun qüvvələri ilə hücum edən düşmənə sarsıdıcı zərbə vuraraq, öncə onların ön xəttə olan mövqeləri ələ keçirildi, eyni zamanda düşmənin müdafiə xəttinin dərinliklərinə irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəklikləri ələ keçirdik. Bununla da Tapqaraqoyunlu kəndi və o istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi tam təmin edildi.
Çox sevindirici haldır ki, bu döyüşlərin gedişatı zamanı hətta yaralı zabitlərimiz, gizirlərimiz və müddətdən artıq hərbi qulluqçularımız, əsgərlərimiz döyüş meydanını tərk etmək haqqında fikirləşmir, əksinə, yaralandıqlarını gizlədərək sona qədər döyüşürdülər. Buna misal olaraq, bizim tank əleyhinə batareyanın komandiri kapitan Balıyevi, gizir Eynullayevi nümunə göstərmək olar. Onlardan başqa, neçə-neçə hərbi qulluqçumuz son ana qədər döyüşərək düşmənə ağır zərbələr vurdular. Onların qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə tam möhkəmlənərək təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tam təmin olundu.
Ümumiyyətlə, döyüş əməliyyatı nəticəsində işğaldan azad olunmuş mövqelərdən Azərbaycan ordusunun hərbçilərini dayandırmaq olmurdu. Onlar irəliləyərək işğal olunmuş bütün torpaqları azad etmək üçün fədakarlıq göstərirdilər".
Aprel döyüşlərində göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan polkovnik Şükür Həmidov deyib ki, aprel döyüşlərində erməni əsgərlər ön xəttdəki mövqelərini qoyub qaçırdılar:
"Əks hücum edərək onların bölmələrini ön xəttimizdən qovduq və LələTəpə yüksəkliyindən Yaşıl təpə deyilən dağa qədər düşməni mövqelərdən çıxardaraq əlverişli hədlər üzrə mövqelərimizi möhkəmləndirdik. Güclü ordumuzun, peşəkar komandirlərimizin başçılığı altında üçrəngli bayrağımızı Şuşa qalasında, Xocalıda, Qubadlıda və digər işğal olumuş bölgələrimizdə dalğalandıracayıq. O yerləri yenidən xalqımızı qaytaracayıq”.
Aprel döyüşlərində düşmənin bir neçə ağır texnikasını məhv edən kapitan Mirdamət Bağıyevin sözlərinə görə, düşmən özünü toplayaraq itirilmiş ərazilərin bərpası üçün hücumə keçmək istəyib:
"Bizim üzərimizə 9 tank gəlirdi. Yerdəyişmə ilə onları bir-bir vurdum. Onlardan 7-si məhv oldu, 2-si manevr edərək geri çəkildi. Düşmənin canlı qüvvəsini daşıyan 3 maşını, 1 BMP və nəqliyyat vasitəsini sıradan çıxardım. Ümumilikdə, düşmənin 12 texnikasını məhv etdim. Düşmən bizim gücümüzü görüb geri çəkilməli oldu. Əllərində olan silah-sursatı açıb qaçmağa məcbur oldular. Aprel ayının 2-si yaralanmağıma baxmayaraq, döyüşü tərk etmək niyyətim yox idi. Yaralanmağım barədə 5 gün heç kimə məlumat vermədim. Döyüş dayandıqdan sonra hərbi hospitala müraciət etdim. Çünki illərdir həsrətində olduğumuz torpaqları azad etmişdik və irəliləyirdik. Bütün Azərbaycan ordusunda qisas hissi var idi. Hamı ürəklə döyüşürdü və düşməni məhv edirdik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi