Terrorda ölən 20 yaşlı azərbaycanlı tələbə Bakıda dəfn olundu – FOTOLAR

img

06-04-2017 [15:59]


Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı Dilbər Əliyeva bu gün Bakıda Hövsan qəbiristanlığında dəfn edilib.

Mia.az İstiPress-ə istinadən bildirir ki, D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhumun valideynləri onu vətənində torpağa tapşırmaq istəyib.

Dəfn mərasimində mərhumun qohumları, dostları və tələbə yoldaşları iştirak edirdi. Dilbər Əliyevanın ailəsi terroru lənətlədiklərini bildirdilər.

Sankt-Peterburq metrosunda aprelin 3-də törədilmiş terror aktı nəticəsində həlak olan D.Əliyeva imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin üçüncü kurs tələbəsi olub. D.Əliyevanın ailəsi əslən Gürcüstanın Faxralı kəndindəndir.

Ailənin həm Sankt-Peterburqda, həm də Bakıda evləri olub. Ailə Rusiyadakı evlərini satıb Bakıya köçməyi planlaşdırırmış. Bunu hələ reallaşdırmamalarının səbəbi isə Dilbərin tələbə olması imiş. Üçüncü kursda təhsil alan Dilbər Universiteti bitirdikdən sonra ailə Bakıya köçəcəkmiş.

Qeyd edək ki, aprelin 3-də Peterburq metrosunun da iki stansiyasının keçidində kamikadzenin özünü partlatması nəticəsində 14 nəfər ölüb, 50-dən artıq insan isə yaralanıb. Yaralananlar arasında da azərbaycanlı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA