Gənclər iranın Bakıdakı səfirliyinin qarzısında aksiya keçirdilər

img

29-06-2010 [02:47]


Bu gün saat 14.00-da Dalğa Gənclər Hərəkatı, GAMOH və GADP İranın Bakıdakı səfirliyinin qarşısında Güneydə həbs olunmuş 45 gənclə bağlı etiraz aksiyası keçirib. Müstəqil Informasiya Agentliyinin məlumata görə, aksiyada Güney və Qüzeyin bayrağı dalğalandırıldı, "Biz Azad olmaq istədik!!! Həbsdəyik..." şüarı səslənilib. "Güneyə Azadlıq", "Fars Şovinizminə yox" şüarları səsləndi. O cümlədən Dalğaçı gənclər Güneydə insan haqlarının pozulması və bunun dini fətva ilə əsaslandırılmasına etiraz olaraq açıq hava teatrı keçiriblər. Teatrda "əmmaməli Mollalar" yaşıl kəndirlə insanları asırdılar. Hal hazırda, Dalğa Gənclər Hərəkatının fəalı- Rövşən Nəcəfov 9-cu polis bölməsində saxlanılıb. Həmçinin. Ramin Hacılı, Tural Kürşad Qurbanlı, Namazov Ramin, Nigar Zeynalova, Ağrı Qaradagli ve GAMOH-çular, o cümlədən Avropadan gələn 13 nəfər Güneyli - Mahmud Bilgin, Cəlal Səfəroğlu Nasir Ağrımqlu, Əfsanə Sulduzlu, Jila Elbəyi qızı da saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA