Daha iki bankın filialı bağlandı - Qərar

img

06-04-2017 [11:07]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 05 aprel 2017-ci il tarixli qərarına əsasən "Bank VTB” (Azərbaycan) ASC-nin "Azadlıq” və "Sumqayıt” filialları və "NİKOYL İKB” ASC-nin "Masallı” filialına verilmiş icazələr ləğv edilib.

Palatadan verilən məlumata görə, banklar müraciətlərində sözügedən filialların bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını qeyd edib.

Direktorlar Şurası "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Bank VTB (Azərbaycan) ASC-nin "Azadlıq” filialının 01.08.2014-cü il tarixli №162/9 saylı və "Sumqayıt” filialının 05.11.2014-cü il tarixli №162/13 saylı icazələrini, həmçinin "NİKOYL” İKB ASC-nin "Masallı” filialının 25.06.2014-cü il tarixli 203/19 saylı icazəsini ləğv edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA