“Qara bazar”da dollar sürətlə ucuzlaşır - Kurs

img

06-04-2017 [11:36]


Valyuta hərracı öncəsi "qara bazar”da dollar sürətlə ucuzlaşmağa başlayıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.67 manata, satışı 1.69 manata düşüb. Bu isə son iki gündə manatın 2,3 %-dək bahalaşması deməkdir. "Qara bazarda” bu məzənnə sonuncu dəfə mart ayının əvvəlində qeydə alınmışdı.

"Dollar alverçiləri”nə bildirilib ki, bu gün keçiriləcək növbəti valyuta hərracında dolların yenidən ucuzlaşacağı gözlənilir. Bu da ABŞ valyutasının hazırki fərdi satış məzənnəsinə təsir edib.

Qeyd edək ki, ötən gün "qara bazar”da dollar 1.68 manata alınıb, 1.70 manata satılırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA