Komitə DTX-da monitorinq keçirib - Saxlanılan şəxslərlə kameralarında görüş olub

img

05-04-2017 [17:38]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov DTX-da monitorinq keçirib.

Bu barədə Mia.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 11.00-da "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev Dövlət Təhlükəsizlik Xidmətinin Təcridxanasında monitorinq keçiriblər:

"Elşad Həmidov təcridxananın tibb otağına da baxış keçirib. Tibb otağı ən müasir tibb avadanlıqlarla təchiz olunub, burada hər növ dərman və tibbi ləvazimatlar var".

Məlumatda o da bildirilib ki, komitə sədri qidalanma və saxlanma şəraiti ilə tanış olub: "Komitə sədri, eyni zamanda, saxlanılan şəxslərin çoxu ilə öz kameralarında görüşüb, burada onların saxlanılma şəraitləri ilə yaxından tanış olub. Təqsirləndirilən şəxslər heç bir şikayət və narazılıqlarının olmadıqlarını bildiriblər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA