Mədət Quliyev Putin və MDB çekistləri ilə bir arada - FOTO

img

05-04-2017 [14:47]


Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XIV iclasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev də iştirak edib.

Görüş zamanı V.Putin beynəlxalq terrorizmlə səmərəli mübarizə üçün MDB ölkələrinin xüsusi xidmət orqanlarının fəaliyyətindəki koordinasiyanın təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, daimi qarşılıqlı, dəqiq, əməkdaşlıq, əməliyyat və analitik məlumatların vaxtında mübadiləsi MDB məkanında mövcud problemlərin öhdəsindən uğurla gəlməyə imkan verəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA