Vergilər Nazirliyində struktur və kadr - Dəyişiklikləri

img

05-04-2017 [13:57]


Vergilər Nazirliyinin strukturunda növbəti dəyişikliklər olub.

Mia.az Trend-ə istinadən bildirir ki, dəyişikliklər nəticəsində qurumun İnsan resursları və Maliyyə və təminat idarələri departamentə çevrilib.

Bundan başqa, Maliyyə və təminat departamentiin rəhbərliyində dəyişikliklər olub. Belə ki, baş direktorun müavini postunda çalışmış Vəkil Süleymanov baş direktor təyin edilib. 

Bundan əvvəl baş direktor Rəhim Əfəndiyev idi.

Nazirlikdən Trend-ə bildiriblər ki, hazırda baş direktorun müavini vəzifsi vakant qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA