05-04-2017 [13:53]
Bu gün Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə Komitəsinin iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, MM sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.
İclasda "Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Təklif edilən dəyişiklik "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir.
İclasda "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsinə də baxılıb.
Sənədi şərh edən Z. Əsgərov bildirib ki, qanun layihəsinə bəzi texniki düzəlişlərlə yanaşı yeni 7.11-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyəti müəyyənləşdiriləcək.
Sonra "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə edilib.
Birinci vitse-spiker bildirib ki, müzakirə edilən sənədlər mahiyyət baxımından bir-birinə bənzəyir. Bu sənədə edilən dəyişikliklər də korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə effektivliyin artırılması məqsədi daşıyır. Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş sərvətin, qeyri-leqal qazanılmış var-dövlətin sahiblərinə xəbərdarlıq edilmədən aktivlərin dondurulması nəzərdə tutulur.
Müzakirələrdən sonra təqdim olunan sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsinə qərar verilib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi