05-04-2017 [12:36]
"Biz bütün sahələrdə müştərək maraqlara xidmət edən təkliflər irəli sürürük, iri transmilli layihələr həyata keçiririk. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz Cənub Qaz dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə artıq yekunlaşmaq üzrədir. Son illər ərzində ölkəmizdə bir sıra mötəbər mədəniyyət və idman tədbirləri keçirmişik. Hesab edirik ki, bu il ev sahibliyi edəcəyimiz növbəti mədəniyyətlərarası dialoq forumu və İslam Həmrəyliyi Oyunları da dünyada və regionumuzda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.
Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvə toplantısının iştirakçılarına ünvanladığı məktubda bildirib.
Məktubda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub:
"Həll olunmamış münaqişələr dünyada sülh və əmin-amanlığı təhdid edən əsas problemdir. Ötən əsrin sonlarında meydana çıxmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə və soyqırımı törədib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, təcavüzkar dövlət zəbt etdiyi torpaqlardan çıxmaq istəmir, hər vəchlə "status-kvo”nu uzatmağa çalışır. Ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiası səbəbindən başlamış bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək, qlobal qarşıdurma yaratmağa səy göstərir”.
Prezident İ. Əliyev Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının, iş adamlarının gündəlikdə duran və hamını düşündürən məsələlər ətrafında səmərəli müzakirələr aparacaqlarına inandığını bildirib.
Məktubda zirvə toplantılarının Avrasiya məkanında qarşılıqlı əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi, bu toplantıların səmərəli əməkdaşlıq platformasına çevrildiyini vurğulanıb. Qeyd olunub ki, toplantılarda qlobal xarakterli problemlər, bəşəriyyəti narahat edən məsələlər hərtərəfli müzakirə edilir.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi