FHN və DİN İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində təlim keçirib

img

05-04-2017 [12:24]


"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, təlimə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub.

İdman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədi ilə keçirilən təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyə olunması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA