Azərbaycanda altı bank filialı bağlandı - Rəsmi

img

05-04-2017 [11:53]


Bu ilin 2 ayı ərzində banklara məxsus 6 filial bağlanıb.

Mia.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından martın 1-dək bankların ümumilikdə 6 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, fevralın sonunda bu göstərici 563-ə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, fevralda şöbələrin sayı 135-ə yüksəlib. Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 1 ədəd artaraq 2462-yə yüksəlib.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA