Azərbaycanda ali məktəblərə imtahansız qəbula da başlanıldı

img

05-04-2017 [11:39]


Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Mia.az-a verilən məlumata görə, "Təhsil haqqında” qanuna əsasən, qaliblər müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aprelin 5-dən 16-dək sənədlərini Dövlət İmtahan Mərkəzinə və ya DİM-in Regional Bölməsinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər.

Sənədlərə 2017-ci il martın 16-dan aprelin 10-dək ümumi qaydada təsdiq olunan "Abituriyentin elektron ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA