Bakıda Avropa Yayımları Birliyinin Baz Assambleyasının 64-cü sessiyası keçiriləcək

img

29-06-2010 [11:53]


2010-cu il iyulun 1-dən 3-dək Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası keçiriləcək. MİA-nın xəbərinə görə, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda təşkil edilən bu tədbirə qurumun ölkəmizdən yeganə üzvü olan İctimai Televiziya və Radio Yayımları Şirkəti ev sahibliyi edir. Üç gün davam edəcək sessiyada 46 ölkədən 75-dək teleradio təşkilatının rəhbərləri, eləcə də Avropa Yayımları Birliyi, Asiya Yayımları Birliyinin nümayəndələri, BBC, France International, Euronews, ZDF, RTR, TRT və sair bu kimi müxtəlif ölkələrin məşhur ictimai yayımçıları təmsil olunacaq. Baş Assambleyanın sessiyasında Avropa Yayımları Birliyinin yarımillik fəaliyyyəti, internet və media dünyası, yeni əsrdə jurnalistika problemləri barədə müzakirələr aparılacaq. Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti 2007-ci ildən etibarən Avropa Yayımları Birliyinə tamhüquqlu üzv qəbul edilib. İctimai Televiziya fəaliyyətə başlayandan il yarım sonra AYB-a tamhüquqlu üzv seçilən yeganə teleradio qurumdur. Bu illər ərzində Avropa Yayımları Birliyi ilə İctimai Televiziya arasında geniş əməkdaşlıq yaranıb. Qurumun Baş Assambleyasının 64-cü sessiyasının Azərbaycanda keçirilməsi bu əməkdaşlığı, eləcə də dünyanın bir sıra nüfuzlu televiziya və radio təşkilatları ilə ikitərəfli əlaqələri genişləndirməyə imkan verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA