04-04-2017 [18:19]
Bu gün Prezident İlham Əliyev "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" yeni fərman verib.
Mia.az xəbər verir ki, fərmana əsasən, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə aşağıdakı qərar verilib:
1. "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə aşağıdakı tərkibdə Texniki Şura yaradılsın:
Şuranın sədri
Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi
Şuranın üzvləri:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi;
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
yerli icra hakimiyyəti orqanlarının nümayəndələri.
3. Müəyyən edilsin ki:
3.1. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər "ASAN Kommunal” mərkəzləri ("ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək "ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir;
3.2. Texniki Şuranın fəaliyyəti müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiqi yolu ilə "ASAN Xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təşkil edilir;
3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yalnız müvafiq inzibati ərazi vahidləri üzrə "ASAN Kommunal” mərkəzlərində ("ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək "ASAN Xidmət” mərkəzlərində) yaradılmış Texniki Şuranın tərkibinə daxil edilirlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. beynəlxalq təcrübəni nəzərə almaqla, "Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. əhalinin elektrik enerjisinə artan tələbatının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə 2018 – 2020-ci illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrindəki dövlət investisiya proqramlarında Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın tikintisi və maliyyələşdirilməsinin nəzərdə tutulması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti:
5.1. rayon və şəhərlər üzrə enerji təchizatı şəbəkələrinin hər bir yarımstansiya və transformator məntəqəsi, habelə onlarda olan sərbəst güclər və qoşulma imkanları haqqında məlumatların (mütəmadi yenilənməklə) bir ay müddətində Azərbaycan Respublikasının Energetika Nazirliyinə verilməsini təmin etsin;
5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulmuş məlumatların (mütəmadi yenilənməklə) iki ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
6.1. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq verilən məlumatların üç ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin;
6.2. bu Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət orqanlarının və qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində hər bir "ASAN Kommunal” mərkəzində ("ASAN Kommunal” mərkəzi yaradılmayan regionlarda – bu mərkəz yaradılanadək "ASAN Xidmət” mərkəzində) Texniki Şuranın formalaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə birlikdə beynəlxalq təcrübəni və bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərini nəzərə almaqla, sahibkarların tələb olunan gücü 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması prosedurunun sadələşdirilməsi, bununla bağlı tələb olunan müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və bu Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət orqanlarına və qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Texniki Şuranın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Azərbaycan Respublikasının Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti və rayon (şəhər) icra hakimiyyəti orqanları bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi