Səlim Müslümov qalmaqallı mərkəz direktorunu "vurdu" - Aşağı vəzifəyə göndərildi

img

04-04-2017 [15:53]


Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.

Mia.az-a daxil olan məlumata görə, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinin rəhbəri İlham Hüseynovu işdən azad edib. İ.Hüseynov nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Məlumat üçün bildirək ki, son günlər İlham Hüseynovun adı rüşvət qalmaqalında hallanırdı. Onun Sumqayıt Şəhər Məşğulluq Mərkəzində yeyintilərə yol verməsi ilə bağlı bir sıra media qurumlarında məlumatlar da yayılmışdı. Hətta mərkəz direktorunun nazir Səlim Müslümov tərəfindən cəzalandırılacağı da bildirilirdi. 

Görünür, nazir İ.Hüseynovu aşağı vəzifəyə keçirməklə cəzalandırıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA