Havanın temperaturu 40 dərəcəyə qalxacaq

img

29-06-2010 [11:20]


Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperatury yüksək olacaq. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 34-37?, axşam 26-28 ?. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28? olacaq. İyunun 30-da az buludlu, yağmursuz hava gözılənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25?, gündüz 34-38?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28?-yə çatacaq. İyulun 1-də hava dəyişkən buludlu, yağmursuz proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 30-34? təşkil edəcək. İyulun 2-də də yağmursuz hava müşahidə ediləcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24?, gündüz 30-35? olacaq. Azərbaycanın rayonlarında iyunun son günü əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 34-38?, bəzi yerlərdə 40?, dağlarda gecə 12-17?, gündüz 24-29? isti olacaq. İyulun 1-2-də gecə və axşam bəzi yerlədə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 19-24?, gündüz 31-36?, dağlarda gecə 11-16?, gündüz 20-25? isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA