04-04-2017 [11:53]
Sabiq nəqliyyat naziri Ziya Məmmədov ABŞ Senatının bir qrup aparıcı üzvünün prezident Donald Trampın Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığının araşdırılması ilə bağlı müraciətlərinə münasibət bildirib.
Yada salaq ki, amerikalı senatorlar müraciətlərində "Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi "Trump Tower” göydələninin hansı hesabdan tikilməsinin araşdırılmasını da istəyiblər. ABŞ mətbuatında da bu haqda yazılar dərc olunub.
Mia.az xəbər verir ki, Ziya Məmmədovla əlaqə saxlayan "Yeni Müsavat” qəzetinin əməkdaşı sabiq nazirdən həmin məsələdən məlumatlı olub-olmamasını soruşub.
Z.Məmmədov ABŞ mətbuatında yazılanları şər-böhtan adlandırmaqla dəstəyi asıb: "Onlar böhtanla məşğuldurlar”.
Qeyd edək ki, senatorlar Trampın biznes fəaliyyəti ilə əlaqəli federal təhqiqatın keçirilməsinə çağırıblar. Onların fikrincə, sözügedən biznes, "çirkli pulların yuyulması” və İranın İslam Keşikçiləri Korpusuna (İİKK) bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi. Senatorlar Sherrod Brovn, Ben Cardin və Dianne Feinstein bu barədə narahatlıqlarını ABŞ maliyyə naziri Steven Mnuchin, baş prokuror Jeff Sessions və FTB-nin direktoru James Comeyə yazdıqları məktubda açıqlayıblar.
Brovn, Cardin və Feinstein ABŞ Senatının Bank, Evtikmə və Şəhərsalma, Xarici Əlaqələr və Ədliyyə komitələrinin ən yüksək vəzifəli üzvləridir. ABŞ Konqresinin yaydığı məlumatda isə deyilir ki, senatorların narahatlığı 2017-ci il martın 13-də "New Yorker” jurnalında dərc edilmiş "Donald Trampın ən pis sazişi” adlı təhqiqat məqaləsində yazılanlardan qaynaqlanır. Bu məqalədə söhbət "Tramp Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi "Tramp Tower” göydələnindən gedir. Məqalədə yazılanlara görə, Məmmədovlar İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə bağlara malikdirlər. İİKK İranda əhəmiyyətli iqtisadi və siyasi qüdrətə malik seçmə hərbi qüvvədir.
Sözügedən məktubda senatorlar yazırlar ki, məqalə "Trump Organization” təşkilatının Xaricdə Korrupsiya Əməlləri Qanununu (Foreign Corrupt Practices Act) pozub-pozmadığına dair suallar yaradıb. Tramp Bakı biznesindən çıxdığını elan edəndən sonra onun adını daşıyan lövhə götürülüb. Bu məqalədən bəlli olur ki, tikinti işində iştirak edən qurumlardan biri İİKK-nın maraqlarını təmsil edən qondarma təşkilat ola bilərdi.
Məqalədən bunu da başa düşmək olar ki, İİKK "Trump Organization” təşkilatına edilmiş müəyyən ödənişlərin əsas mənbəyi ola bilərdi. Əgər bu baş veribsə, onda "Trump Organization” təşkilatı ABŞ sanksiyalar qanununu birbaşa pozmuş sayılır. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov bu iddialarla bağlı media qurumlarının sorğularına cavab verməyiblər. Donald Tramp prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan edib. Bakıda tikilmiş göydələndən "Trump” lövhəsi çıxarılıb. Ziya Məmmədov ötən ay nəqliyyat naziri vəzifəsindən azad edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi