Həyat yoldaşından İsraildə əməliyyat olunan Abid Şərifov haqda açıqlama: "Özünü yaxşı hiss edir"

img

04-04-2017 [11:47]


Ürəyində yaranmış nasazlıqla əlaqədar ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılan və Hayfa şəhərinin Rambam xəstəxanasının kardiologiya şöbəsinə yerləşdirilən baş nazirin müavini Abid Şərifovla bağlı yeni məlumat var.

Belə ki, baş nazirin müavininin həyat yoldaşı Sədayə Şərifova Gununsesi.info-ya eksklüziv açıqlamasında onun səhhətinin artıq qaydasına düşdüyünü bildirib.

Abid Şərifovun xanımı qeyd edib ki, əməliyyat uğurla həyata keçib: "Hal-hazırda özünü yaxşı hiss edir. Hətta ailə üzvləri ilə telefonla danışıb. Yaxın günlərdə Abid müəllim öz evinə dönəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA