Milyonluq maşınlar, qızlar... - Azərbaycanlı iş adamının övladlarının dəbdəbəli həyat tərzi(FOTOLAR)

img

04-04-2017 [10:50]


Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin (İbrahimov) oğulları - Hüseyn və Həsən İbrahimov qardaşları xarici ölkələrdə dəbdəbəli həyat tərzlərini nümayiş etdirməklə yenidən gündəmə gəliblər.

Mia.az-a olke.az-a istinadən xəbər verir ki, İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotoları onların dəbdəbəli həyat tərzinin, sadəcə, balaca bir görüntüsüdür.

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı kredit qalmaqalı məsələsində adı hallanan Hacı İbrahim Nehrəmlinin müflis olmasına baxmayaraq, övladlarının dəbdəbəli həyat tərzi keçirməsi birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Hüseyn və Həsən İbrahimov qardaşları Qərbi Avropanın ən bahalı məktəblərində təhsil alırlar.

Görünən budur ki, Hacı İbrahim banka (dövlətə) olan borcunu ödəmək yerinə, övladları üçün şahzadə şəraiti yaradıb...



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA