Rektorun qarajını sökdülər - Nazirliyi məhkəməyə verdi

img

04-04-2017 [10:18]


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ona məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı məhkəməyə müraciət edib.

Nail Bayramov adlı şəxslə birgə Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıran rektor Maliyyə Nazirliyini də prosesə üçüncü şəxs qismində cəlb edib.

İddiaçılar icra hakimiyyətindən sökdükləri qarajın pulunu tələb ediblər. Bu il fevralın 3-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iş üzrə qərar çıxarılıb və M.Babanlının iddiası rədd edilib.

Maliyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti veriblər. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə bu gün (4 aprel 2017) davam etdiriləcək(Qafqazinfo).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA