Sankt-Peterburqda 11 nəfərin öldüyü, 45 nəfərin yaralandığı terror - 3 günlük matəm elan olundu

img

04-04-2017 [00:22]


Sankt-Peterburq metrosunda törədilən terrorla bağlı şəhərdə 3 günlük matəm elan edilib.

Mia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xatırladaq ki, bu gün Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb.

Ölənlərdən biri də 28 yaşlı azərbaycanlı Zaur Vəliyevdir. O, ağır xəsarətlərlə şəhərin Marinskaya xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA