Birlik sədrindən xəbərdarlıq: "...həmin yumurtalar satışa buraxılır"

img

03-04-2017 [20:45]


Xəbər verdiyimiz kimi, yumurtanın qiyməti son bir neçə gündə xeyli ucuzlaşıb. 

Həm bazarda, həm də marketlərdə yumurta 9, 8, hətta 7 qəpiyə satılır. 
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Teleqraf.com-a bildirib ki, qiymətlərin kəskin ucuzlaşmasını broylerlərin uğurlu istehsal siyasəti ilə əlaqəlidir: 

"Tələbata uyğun təklif olduğu üçün qiymətlər enir. Qiymətlərdə düşmə tendensiyasının payız aylarının sonuna kimi davam edəcəyi gözlənilir”. 

Bununla belə, ekspert qeyd edib ki, insanlar aprel-may aylarında yumurta alarkən diqqətli olmalıdırlar: 

"Üzərində istehsalçı şirkətin adı, istehsal və son istehlak tarixi göstərilən məhsulları alsınlar. Çünki fermalarda inkubator mövsümü başlayır, minlərlə yumurtanı cücə çıxarmaq üçün aparatlara yerləşdirirlər. Bir həftədən sonra hansı yumurtadan cücə çıxmayacağı bilinir və həmin yumurtalar satışa buraxılır. Temperatur görmüş yumurtalar da insanların sağlamlığına olduqca zərərlidir”. 
 
Son zamanlar marketlərdə 5-10 qəpiyə bildirçin yumurtaları da satılır. Eyyub Hüseynov bu yumurtalara da tələbat yarandığını və insan orqanziminə çox faydalı olduğunu qeyd edib. 

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev yumurtanın ucuzlaşmasını istehsalda baş vermiş artımla əlaqələndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA