ilham Əliyev Almaniya səfirini fəaliyyət müddəti baza çatması ilə bağlı qəbul edib

img

28-06-2010 [01:27]


Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Per Stançinanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib. Səfir Per Stançina Azərbaycanda fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük inkişafın əldə olunduğunu vurğulayıb. O, həmçinin bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin diqqətinin artdığını da qeyd edib. Dövlət başçısı son illər ərzində ölkəmizin Almaniya ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini, yüksək səviyyədə səmərəli görüşlərin keçirildiyini və güclü tərəfdaşlıq prinsiplərinə əsaslanan əlaqələrimizin bütün sahələrdə genişləndiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlər bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Azərbaycan Prezidenti Per Stançinaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA