Nazir Natiq Əliyev İstanbula gedir - Səbəb

img

03-04-2017 [13:27]


Energetika naziri Natiq Əliyev İstanbulda keçiriləcək XX Avrasiya İqtisadi Sammitində iştirak edəcək

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, aprelin 5-6-da İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək. N.Əliyevin "Davamlı Enerji, Telekommunikasiya, Nəqliyyat və İqtisadi İnkişafda tələb - təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar” adlı sessiyada çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf” medalı ilə təltif edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA