Universitetdə dəyişiklik - İki fakültə birləşdirildi

img

03-04-2017 [12:19]


Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən, universitetin ingilis və alman dili üzrə pedaqoji, eləcə də ingilis və fransız dili üzrə pedaqoji fakültələri birləşdirilib.
 
ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, birləşdirilən iki fakültənin bazasında Təhsil (pedaqoji) fakültəsi yaradılıb. 

İki fakültənin birləşdirilməsində məqsəd təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqinə nail olmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA