?Sağlam Düzün, Sağlam Yaza, Sağlam Ol!? adlı yay məktəbi treyninqləri davam etdirir

img

28-06-2010 [01:09]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə Quba Olimpiya Kompleksində öz işinə başlayan ?Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol!? adlı layihə çərçivəsində yeddi günlük yay məktəbi bu gün öz işini treyninqlərlə davam etdirib. Qeyd edək ki, treyninqlər səkkiz mövzu üzrə beş qrupda keçirilir.Treyninqin mövzuları bunlardır: Uşaq hüquqları, Sağlam həyat tərzi, Stress, Tolerantlıq və ayrıseçkilik, Liderlik, Münaqişə, Qarşılıqlı yardımlaşma,Erkən nigah və zorakılıq.Təlim qruplarına gəlincə,bunlar- Zirvə, Vətən, Xəzər, Şəfəq və Media qruplarıdır.Hər qrupda 22 uşaq və yeniyetmə, o cümlədən media qrupunda 15 nəfər uşaq və yeniyetmə təmsil olunur və təlimlərdə iştirak edir.Təlimçilərə gəldikdə, onlar Rəna Tahirova, Elmira Mirzəyeva, Nigar Zeynalova, Zərifə Rüstəmova, Babək Əlizadə, Fuad Dərgahlı və Bəhruz Kazımovdur. Onu da qeyd edək ki, yay məktəbi iyulun 4-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA