Gilgilçayın dazması nəticəsində 122 nəfər sanatoriyada köməksiz qalıb

img

27-06-2010 [08:45]


Bir necə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Şabran rayonu ilə Qubanın sərhəddində, dağlıq ərazidə yerləşən sanatoriyaya gedən yolu dağılıb. Təxminən 100-120 nəfərə yaxın insan Siyəzən ərazisindən axan Gilgilçaydan keçərək geri qayıtmaq istəyiblər. Lakin yolun yuyulması və avtomobilləri sel aparması nəticəsində həmin insanlar Siyazən ərazisindəki dərədə köməksiz qalıblar. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzindən ANS-ə verilən məlumata görə, Gilgilçayın məcrasından çıxması və ətraf əraziləri sel basması nəticəsində İstisu sanatoriyasının yolub bağlanıb. Nəticədə sanatoriyada dincələn 122 nəfər iki gündür ki, ərazini tərk edə bilmir. FHN-nin Xaçmaz-regional mərkəzinin rəisi Rüfət Qurbanovun ANS-PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, həmin insanlar kömək üçün onlara müraciət ediblər. Onların dəqiq sayı açıqlanmasa da, hadisə yerindən gətirilməsi üçün helikopterin göndərildiyi bildirilir. "Onları ya Şabrana, ya da Siyəzənə gətiriləcəklər. Onların ərzaq təminatı da tükənmək üzrədir", deyə Rüfət Qurbanov bildirib. Məlumat daxil olduqdan sonra bu gün səhər saatlarından başlayaraq FHN-nin xilasediciləri sanatoriyada qalmış insanların evakuasiyasa ediblər. İstisu ilə yanaşı, Şabran rayonunun həmin ərazidə yerləşən bir neçə yaşayış məntəqəsinin də yolu bağlanıb. Xilasedicilər həmin yaşayış məntəqələrinin sakinlərini də ərzaqla təmin edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA