Səlim Müslümov icra başçısının qohumuna vəzifə verdi - Nazirdən yeni təyinat

img

01-04-2017 [11:19]


Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov kadr dəyişikliyi edib.

Mia.az-a daxil olan məlumata görə, nazir ƏƏSMN yanında Sumqayıt şəhər şöbəsinin sədr müavini Güləhməd Bağırova yeni vəzifə verib. Belə ki, G.Bağırov nazirin əmri ilə Binəqədi rayon Məşğulluq idarəsinə rəhbər təyin olunub.

Məlumat üçün onu bildirək ki, G.Bağırov Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur. 

Onu da qeyd edək ki, G.Bağırov DSMF-nun Səbail rayon şöbəsinin müdiri vəzifəsində də çalışıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA