BMT-dən Qarabağ danışıqları ilə bağlı çağırış

img

01-04-2017 [10:39]


BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb.

Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə etdikləri son bəyanatları nəzərə alır. Qeyd edib ki, həmsədrlərin hərəfləri atəşkəsi poza biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırışını tam dəstəkləyirlər.

"Biz gərginliyin azaldılması üçün bütün səyləri alqışlayırıq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına aparan məzmunlu danışıqları bərpa etmək üçün tərəfləri lazımi siyasi iradə göstərməyə çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA