"O adamın şəxsiyyət vəsiqəsində "Eşşək Saqif" və ya "Yabı Saqif" yazılmasının nəyi pisdir ki?" - Deputat

img

31-03-2017 [21:09]


"Cəlilabad rayonu Maşlıq kənd sakini Abbasov Saqif Tərlan oğluna məxsus fermada at və eşşək ətlərinin kəsilərək Bakıdakı ictimai iaşə yerlərini təhvil verilməsi faktı aşkarlanıb. Yəqin ki, Cinayət Məcəlləsinə görə adam barədə lazımı tədbirlər görüləcək. Ancaq bu adam və ya bunun kimilərlə əlbir olan şəbəkənin qanunsuz və ləyaqətsiz işlərinə görə hansısa cəzanın faydası olacaqmı?".

Mia.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, aşkara çıxarılmayann çox adamlar var ki, insanlarımıza mənşəyi məlum olan və ya olmayan zərərli ət məhsullarını yedirtməklə külli miqdarda gəlir əldə edirlər:

"Həbs olunanların bir qismi də əvvəlki cinayətkar əməllərini davam etdirirlər. Bəlkə bu cür əməllərlə məşğul olan şəxsllərin gələcəkdə cəmiyyət tərəfindən hər dəfə tanıdılması üçün rəsmi sənədlərində dəyişiklik edərək adlarının qarşısında "Eşşək" və ya "Yabı" sözlərinin yazılması daha doğru olardı? 

Məsələn, yuxarıdakı şəxsin rəsmi sənədində, yəni şəxsiyyət vəsiqəsində "Eşşək Saqif" və ya "Yabı Saqif" sözünün yazılmasının nəyi pisdir ki?.

Bilirəm, hüquqi addım deyil, ancaq bəlkə bu kimilərin hər yerdə adlarının bu cür çəkilməsi bu cür heyvani addımlardan az da olsa çəkindirməyə vəsilə ola bilər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA