Bakıda külək binanın dam örtüyünü uçurdu, reklam şitini aşırdı - 10 maşına ziyan dəydi/VİDEO+Foto

img

31-03-2017 [19:07]


Bakıda beşmərtəbəli binanın dam örtüyü uçub.

Hadisə Biləcəri qəsəbəsi, Qalib Süleymanov küçəsi 38 ünvanında qeydə alınıb. Belə ki, güclü külək binanın dam örtüyünü uçuraraq yerə salıb.

Dəmir konstruksiyadan ibarət olan dam örtüyünün altında binanın sakinlərinə məxsus 10-a yaxın maşın qalaraq yararsız vəziyyətə düşüb(report).

Bakıda əsən güclü külək fəsadlar törədir. Yasamal rayonu ərazisində - Tbilisi porospekti ilə Şəfayət Mehdiyev küçələrinin kəsişməsində dirək üzərində quraşdırılmış və metaldan hazırlanmış iri reklam lövhəsi hava axınının təsiri ilə yolun hərəkət hissəsinə düşüb. Xoşbəxtlikdən avtomobillərə və piyadalara ziyan dəyməyib. Fotonu tanınmış biznesmen Xəyal Məmmədxanlı paylaşıb(lent.az).

Qeyd edək ki, dünən axşam saatlarından başlayaraq ölkədə qeyri-sabit hava şəriti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında əsən güclü külək bu gün gecəyə doğru zəifləyəcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA