Səbail rayonunun nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərin görüzünə gediblər

img

26-06-2010 [01:44]


Səbail İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayənsi 26 İyun ? Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə jəbhə bölgəsində rayonun hamiçilik etdiyi ?N? saylı hərbi hissədə, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgər və zabitlərimizin qonağı olublar. Öncə rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə ön jəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti ilə maraqlanmış, maraqlı söhbətlər aparıblar. Daha sonra qonaqlar əsgər kazarmalarına baxmış, burada Səbail rayon İjra Hakimiyyətinin dəstəyi ilə ararılmış təmirin yekunu və əsgərlərimizin məişət şəraiti ilə yaxından tanış olmuşlar. Kazarmanın dam örtüyü yenidən qurularaq bura RİH tərəfindən göndərilmiş şifer vurulmuş, xidməti sahələrə 280 kv. metr metlax döşənmişdir. Hərbi hissə ilə tanışlıq zamanı Səbail rayon nümayəndələri rayondan hərbi xidmətə çağrılmış və həmin hərbi hissədə xidmət edən əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin kollektivlərinin salamlarını və hədiyyələrini çatdırmışlar. Rayondan çağrılmış əsgərlərin xidmətdəki uğurları qonaqları xüsusilə sevindirmişdir. Səbail rayon İjra Hakimiyyəti Başçısı Asif Əsgərov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə çıxış edərək Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbayjan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı jənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nətijəsində işğal altında olan bütün Azərbayjan torpaqlarının düşməndən azad ediləjəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləjəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləjəyini bildirmişdir. Qonaqlar Səbail RİH-nin və rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları sovqatları, müxtəlif ləvazimatları və əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmiş, xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail rayon İjra Hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar. Hərbi hissə komandanlığının nümayəndəsi şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayon İjra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xinmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış injəsənət ustaları döyüşçülərimiz üçün böyük bayram konserti vermişlər. Respublikanın əməkdar artisti Tünzalə Ağayevanın, ?Xalq ulduzu? müsabiqəsinin qalibi Tural Salmanov, gənj və istedadlı müğənnilər Məhin və Günel Hümbətovalar və Kamil Jəfərovun gözəl ifaları əsgərlər tərəfindən xususi rəğbətlə və sürəkli alqışlarla qarşılanmışdır. Tədbirdə Səbail rayon İjra Hakimiyyətinə və injəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA