31-03-2017 [17:57]
Hesablama Palatası 014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı auditinin nəticələrini açıqlayıb.
Audit tədbiri ümumilikdə 46 390,3 min manat məbləğində vəsaiti əhatə edib.
Müəyyən edilib ki, əvvəlki audit tədbirində müxtəlif kitabların alınmasına görə yaranmış debitor borc bağlanılmayıb, 2014-2016-cı illər üçün təqdim olunan büdcə proqnoz layihələrində İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bir çox xərclər üzrə əvvəlki illərin baza göstəriciləri əsas götürülərək proqnozlar artımla tərtib edilib, bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olub, "Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri” xərc paraqrafı üzrə mükafat məbləği artıq planlaşdırılıb, büdcədənkənar vəsaitlərin məbləği ildən-ilə artımla proqnozlaşdırılsa da, bu gəlirlər (təhsil haqları), əksinə, az daxil olub.
Tədbirlərin keçirilməsi zamanı müvafiq normalara bəzi hallarda riayət olunmayıb, ilkin təsdiqedici sənədlər tam təqdim edilməyib, işlərin görülməsinə dair aktların məzmunu tədbirlərin xarakterinə uyğun tərtib olunmayıb.
İdarə tərəfindən xərclər smetasında nəzərdə tutulmadığı halda işçilərə xarici dil kursunun keçirilməsinə görə təhsil haqqı ödənilib, Beynəlxalq foruma dəvət olunan qonaqlara ödənilən qonorar məbləği vergiyə cəlb edilməyib, kitabların çapı zamanı artıq xərclərə yol verilib.
Auditlə müəyyən edilib ki, idarədə xidməti minik və yük avtomobillərinə normadan artıq yanacaq silinib, yerinə yetirilmiş təmir işləri üzrə işlərin həcminin artırılması, vəsaitin səmərəsiz xərc edilməsi və eyni zamanda artıq vəsait ödənilməsi hallarına yol verilib.
İşlər İdarəsi tərəfindən maliyyə hesabatları "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilməyib, eləcə də hesabatda əsas vəsaitlərin qalığı artıq göstərilib, bəzən istismar müddətini başa vurmamış inventarlar qalıq dəyəri ilə balansdan silinib, təsərrüfat avadanlıqlarının silinməsi düzgün aparılmayıb, həmçinin auditlə əhatə olunan illərdə İdarənin debitor borcu olub, bir halda alış sənədi üzrə əməliyyatın təkrar icrası nəticəsində debitor borcun məbləği azaldılıb, bəzi hallarda isə mövcud debitor borc qalığı hesabatda düzgün əks olunmayıb.
Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə AMEA-nın İşlər İdarəsinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi