Səfirimiz sərxoş oldu, pivəxanadan güclə çıxarıldı - Biabırçılıq

img

31-03-2017 [12:37]


Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhərində xoşagəlməz münasibətlə üzləşib.

Mia.az xəbər verir ki, "ölkə.Az”ın əldə etdiyi məlumata görə, hadisə Xarkovda fəaliyyət göstərən pivəxanalardan birində baş verib.

Belə ki, səfir Azər Xudiyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev və AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Aslanov Xarkovda pivəxanada yeyib-içiblər. Ancaq məkanın sahibi azərbaycanlıları oradan zorla çıxarıb.

Pivəxana sahibi səbəb kimi Azər Xudiyevin, Rövşən Tağıyevin və Mövsüm Aslanovun həddən çox içkili vəziyyətdə olmasını göstərib.

Bu hadisə yaşanan zaman sözügedən pivəxanada bir neçə başqa azərbaycanlı da olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA