Direktor olmaq istəyənlərin nəzərinə - Yeni qaydalar açıqlandı

img

31-03-2017 [10:43]


Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.

Təhsil Nazirliyindən mia.az-a verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il tarixlərində həyata keçiriləcəkdir. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA