Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə görə cərimələr 6 dəfə artırılır - Dəyişiklik

img

31-03-2017 [10:41]


Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.

Cinayət Məcəlləsinə əsasən, hazırda Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə 200 manatdan 500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu halda Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə 1500 manatdan 3 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA