Beynəlxalq Bank “Hafka”nı məhkəməyə verdi

img

31-03-2017 [10:13]


"Azəbaycan Beynəlxalq Bankı" ASC "Baghlan Group FZCO" şirkətini və "Baghlan Treydinq" MMC Naxçıvan filialını məhkəməyə verib.

Mia.az-ın Report-a istinadən məlumata görə, bank 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə) barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Baghlan Group FZCO" şirkətinin sahibi "Bakı" klubunun prezidenti Hafiz Məmmədovdur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA