Azərbaycanda daha bir bank bağlanır - Palata son qərarını verəcək

img

30-03-2017 [14:34]


Azərbaycanda "United Credit Bank” ləğv olunacaq.

Bunu jurnalistlərə Azərbaycan Maliyyə Bazarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. O bildirib ki, yaxın vaxtarda bankın ləğv olunması prosesinə başlanacaq: 

"Artıq bununla bağlı məhkəmə prosesləri icra olunur. Həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Hazırda ləğvedici təyin olunmalıdır. Bundan sonra bankda real ləğvetmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”.

Rüfət Aslanlı qeyd edib ki, bankın lisenziyası ötən il geri çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA