Zaxarova: "Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşəcəyi barədə məlumatım yoxdur"

img

30-03-2017 [13:29]


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçiriləcəyi barədə məlumata münasibət bildrib.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşünün keçiriləcəyi barədə məlumatı olmadığını söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".
 
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin bir aydan gec olmayaraq Moskvada görüşünün hazırlandığı barədə açıqlama vermiş, nazirlərin həmin görüşdə prezidentlərin görüşünün hazırlanması məsələsini müzakirə edəcəklərini bildirmişdi.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA