"Əli Kərimliyə xəbərdarlıq olunacaq" - Polisdən mintinq açıqlaması

img

30-03-2017 [12:04]


Milli Şura bu ilin aprel ayının 9-da mitinq keçirilməsi ilə bağlı qərar verib. Artıq sosial şəbəkələrdə aksiyaya çağırışlar edilir.

Mia.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif unikal.org-a açıqlamasında bildirib ki, icazsiz aksiya olarsa, qarşısı alınacaq: "Əgər Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verərsə, polis insanların təhlükəsizliyinin təmin olunması ilə bağı tədbir keçirəcək. İcazəsiz aksiya keçirilməsinə cəhd olarsa, qarşısı alınacaq”.

Qurum rəsmisi həmçinin deyib ki, AXCP-nin sədri Əli Kərimli özü hüquqşünasdı:

"Sosial şəbəkədə yaydığı mitinqə çağırış videosunda qanunvericiliyin tələblərinin pozulması halları ortaya çıxarsa, yəqin ki, ona xəbərdarlıq olunacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA