Azərbaycandan xaricə aparılan bu məhsullar gömrük rüsumuna cəlb ediləcək - Siyahı

img

30-03-2017 [12:02]


Azərbaycandan ixrac edilən şalban, odun, budaq, çırpı bağlamaları və ya analoji formalarda yanacaq oduncağı (oduncaq talaşası və ya yonqarı; şalbanlar, briketlər, qranullar şəklində və ya analoji formalarda aqlomerasiya olunmuş və ya olunmamış mişarağzı və ağac tullantıları və skrap) ixrac gömrük rüsumuna cəlb ediləcək.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

İxrac zamanı bu materialların 1 kub metri üçün 1000 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA