Zakir Qaralov bir sıra prokurorluq izçilərini cəzalandırıldı

img

25-06-2010 [04:39]


Pespublika Prokurorluğunun bəzi vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər. Prokurorluğun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, baş prokuror Zakir Qaralovun əmri ilə konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə Sumqayıt şəhər prokurorluğunun və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin bir sıra vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən həmin idarənin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib. Eyni zamanda, istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin gücləndiriləməsi məqsədilə bütün tabe prokurorlara konkret tapşırıqlar verilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA