Gəncədə rəsmi yoxlama - Palata DSMF-nin yerli şöbəsinin rəhbərliyini "çək-çevir" elədi

img

30-03-2017 [10:53]


Dünən Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadən bildirir ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət  tədbiri üzrə Hesabat müzakirə olunub.           

Kollegiya iclasına dəvət olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri Nizami Əhmədov və şöbə müdirinin müavini Bəyəli Xəlilov  müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını  cavablandırıblar.    

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumuna təqdimatın göndərilməsi və audit tədbirinin nəticəsi barədə məlumatın Azərbaycan Respublikasının  Milli  Məclisinə  təqdim olunması qərara alınıb.        

İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA