30-03-2017 [10:24]
Müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Milli Məclisin keçmiş sədri Yaqub Məmmədovun dollarla bağlı onun haqqında söylədiyi fikirlərə cavab verib.
A.Mütəllibov "Ölkə.Az”-a eksklüziv açıqlamasında bildirib ki, Yaqub Məmmədovun söylədiyi fikirlər səhvdir:
"Ümumiyyətlə, Yaqub Məmmədovla mənim aramda heç vaxtı dollar söhbəti olmayıb. Vaxtilə mən Türkiyəyə səfər edən zaman rəhbərlik etdiyim nümayəndə heyəti tərkibində Yaqub Məmmədov da təmsil olunub. Ancaq mənim əlimdə heç bir pul olmayıb. Çünki səfər zamanı bizim bütün xərclərimizi İşlər İdarəsi ödəyirdi. Prezident idim, ancaq məndə pul haradan idi? Yəqin ki, dollarları Yaqub Məmmədov özü qazanıb, indi bunu mənim boynuma atmasın! Mən heç kəsə pul verməmişəm. Bütün bunlar yalan söhbətdi”.
A.Mütəllibov prezident olduğu dövrdə dollar və digər xarici valyutaların çətin tapıldığını söyləyib:
"Yadıma gəlir, 1990-cı illərin əvvəli idi. Moskvadan mənim üçün xidməti maşın kimi 1 ədəd "Mercedes Benz 190” model avtomobil göndərilmişdi. Ancaq mən o avtomobildən istifadə etmədim. Sürücüm Oqtay həvəslə məndən bir neçə dəfə xahiş edirdi ki, o maşına baxmaq lazımdır, icazə ver idarə edim. Mən isə ona dedim ki, lazım deyil, bunun üçün qaraj var, qoyun qalsın orada, qonaq avtomobili kimi istifadə olunar, ancaq mən o maşına minməyəcəm.
Çünki mən o maşına minsəydim, getdiyimiz yolda hər kəs bu avtomobilə baxıb mənə bəxtəvərlik oxuyacaqdı. Halbuki, o zaman Qarabağ münaqişəsi yeni başlayırdı və mən heç bir xoşbəxtliyimi hiss etmirdim. Tutduğum vəzifədən də razı deyil idim. O zaman çox böyük bəlaya düşmüşdük.
Bir gün isə sürücüm mənə bildirdi ki, həmin avtomobilə ehtiyyat hissəsi alınmalıdır. Ehtiyyat hissələri də xarici valyuta ilə alındığı üçün mən Prezidentin İşlər İdarəsinə müraciət etdim. Onlar isə mənə cavab verdilər ki, İdarənin bu il üçün limit qalmayıb. Sonra mən Baş nazir Həsən Həsənova müraciət etdim. Həsən Həsənov da mənə yazılı şəkildə bildirdi ki, bu il üçün limitimiz tükənib və pul ayrılmayacaq. Bununla da həmin maşına ehtiyyat hissələri alınması üçün bizə xarici valyuta ayrılmadı. Bütün bunlar həqiqətlərdir”.
Xatırladaq ki, Milli Məclisin keçmiş sədri, Azərbaycan prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov mətbuata müsahibəsində jurnalistin "Sizə niyə "Dollar Yaqub” deyirlərmiş” sualını belə cavab verib:
"Bu, mənə qarşı böyük bir şər kampaniyası idi. O dövrdə heç dollar yox idi. Mən dolları ilk dəfə 1992-ci ildə görmüşəm. O vaxt Mütəllibov böyük bir nümayəndə heyəti ilə Türkiyəyə səfər eləmişdi, mən də o tərkibdə idim. Onda bankdan bizim hərəmizə 170 dollar verdi. Mənə dolların sifətini ilk dəfə Ayaz Mütəllibov göstərib”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi