Erməni ordusunun baş leytenantı da öldürülüb - Cəbhədən yeni xəbər

img

29-03-2017 [18:36]


Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb.

Virtualaz.org xəbər verir ki, martın 27-də təmas xəttində baş leytenant, 27 yaşlı Qiorgi Adonyan öldürülüb. 

Məlumat sosial şəbəkələrdə "Azeri Patriots” adlı istifadəçi tərəfindən yayılıb. Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim martın 27-də təmas xəttində itki verdikləri haqda heç bir informasiya verməyib. Həmin istifadəçi düşmən ordusunun ilin əvvəlindən bəri azı 19 hərbçi itirdiyini bildirir, onların ad-soyadlarını, hərbi rütbələrini göstərir. (Bu itkilərin əksəriyyəti barədə xəbərlər artıq yayılıb).

Xatırladaq ki, ötən gün martın 28-də də düşmən itki verib. Təmas xəttinin Ağdam istiqamətində Artak Rafaelyan adlı erməni pulemyotçu vurulub. O, həm də aprel döyüşlərinin iştirakçısı və idmançı-rekordsmen olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA