Yazıçı Anarın oğlu Küveytdə səfir vəzifəsinə təyin olundu

img

25-06-2010 [01:59]


Prezident İlham Əliyev Azərbaycanın bir sıra xarici ölkələrdəki diplomatik korpuslarının rəhbərləri ilə bağlı sərəncamlar imzalayıb. Belə sərəncamlardan biri ilə Faiq Nüsrət oğlu Bağırov Misirdə fövqəladə və səlahiyyətli səfir və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçi vəzifələrindən geri çağırılaraq Türkiyəyə səfiri təyin edilib. Şahin Şakir oğlu Abdullayev Küveytdə səfir vəzifəsindən geri çağırılaraq Misirə səfir göndərilib. Küveytdə səfir vəzifəsi isə Tural Anar oğlu Rzayevə tapşırılıb. Qazaxıstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışan Lətif Seyfəddin oğlu Qəndilov da geri çağırılıb. Onu Türkiyədəki sabiq səfir Zakir Arif oğlu Həşimov əvəzləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA