Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

29-03-2017 [13:05]


Sabah  Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən  bildirir ki, şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, Bakıda gecə 5-7° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA