Zərdabın bir neçə kəndini sel basıb, sakinlər FHN əməkdazlarının onlara yardım etmədiyini bildirir

img

25-06-2010 [01:10]


Zərdabın bir neçə kəndi yenidən təhlükəli vəziyyətə düşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Zərdab rayonu Qoruqbağı kənd sakini Nəriman Kərimov məlumat verib. Kənd sakininin verdiyi məlumata görə, dünən axşam saat 19.00-22.00 arası yağan leysan nəticəsində selsuları Zərdabın bir neçə kəndini basıb. N.Kərimovun sözlərinə görə, sel suları sakinlərin evlərini, həyətyanı sahələrini basıb, xeyli sayda toyuq-cücə, mal-qara tələfatı var. Hətta bir neçə ev tamamiylə su iəçrisindədir və uçmaq təhlükəsi var. Kənd sakini onu da bildirib ki, dünəndən Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndələrinə və digər aiddiaytı qurumlara müraciət olunsa da, hələ də hadisə yerinə gələn yocdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA